Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır

Lənkəranda müəmmalı cinayət...

Faktla bağlı araşdırma aparılır

Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə axşam saatlarında rayonun Yuxarı Nüvədi kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Aqil Baloğlan oğlu Səfərov kürək nahiyəsindən bıçaq zərbəsi alıb. O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti orta ağır olan yaralının əməliyyatı davam edir.

Hadisənin kim tərəfindən törədildiyi və səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az