Siz kimsiniz ki, məni içəri buraxmırsınız? Siz kimsiniz ki, məni içəri buraxmırsınız?

Yaşı az olduğu üçün gecə klubuna buraxılmadı, atəş açdı

Siz kimsiniz ki, məni içəri buraxmırsınız?

Türkiyənin Ədirnə şəhərində gecə yarısı getdiyi bara yaşı 18-dən kiçik olduğu üçün buraxılmayan U.S. adlı oğlan tüfənglə əyləncə mərkəzinin olduğu yerdə havaya atəş açıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə Ayşekadın ərazisində yerləşən otelin birinci mərtəbəsindəki barın qarşısında baş verib. Bara girmək istəyən U.S. adlı oğlan ilə mühafizəçilər arasında mübahisə yaranıb.

U.S. kluba girə bilmədiyi üçün evə gedib, tüfəng götürərək yenidən həmin məkana qayıdıb.

"Məni tanıyacaqsınız. Siz kimsiniz ki, məni içəri buraxmırsınız?" deyə qışqıran U.S. əlindəki tüfənglə bara və havaya doğru 2 dəfə atəş açıb və hadisə yerindən uzaqlaşıb.

Bu olay ətrafdakılar tərəfindən çəkilərək sosial mediada paylaşılıb.

Ədirnə polisi U.S.-ni əlindəki tüfənglə birlikdə saxlayıb.

O, nəzarət altında olmaq şərti ilə sərbəst buraxılıb.

Səidə Vahid

AzNews.az