Oğrular ifadələri alındıqdan sonra nəzarətə götürülüb Oğrular ifadələri alındıqdan sonra nəzarətə götürülüb

20 minlik qızıl oğurladılar, “zövq üçün etdik” dedilər

Oğrular ifadələri alındıqdan sonra nəzarətə götürülüb

Türkiyənin Bursa şəhərində bir qızıl mağazasından 20 min lirə dəyərində qızıl və ziynət əşyası oğurlayan 3 şübhəli təhlükəsizlik kameralarındakı görüntülərlə tapılıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik kameralarında şübhəlilərdən birinin əyildiyi, digərinin də onun belinə çıxaraq pəncərədən mağazaya girdikləri məlum olub.

Şübhəlilərin iki nəfər olduğu müəyyən edilib. 17 və 21 yaşı olan gənclərin 6 cinayət törətdikləri ortaya çıxıb.

Polis gecə saatlarında onların evinə basqın edib. Şübhəlilərin 6 qızıl sep, 3 üzük, 122 klon ucu, 35 cüt sırğa, 17 gümüş sırğa oğurladıqları məlum olub.

Oğrular ifadələri alındıqdan sonra nəzarətə götürülüb. Onlar jurnalistlərin “Niyə etdiniz?” sualına “Zövq üçün etdik” cavabını verib.

Səidə Vahid

AzNews.az

image description image description