Yaralının vəziyyəti ağır stabil kimi qiymətləndirilir Yaralının vəziyyəti ağır stabil kimi qiymətləndirilir

Nazirlikdən bıçaqlanan polis əməkdaşının səhhəti haqda açıqlama

Yaralının vəziyyəti ağır stabil kimi qiymətləndirilir

Səhiyyə Nazirliyi Tərtər rayonunda bıçaqlanan polis əməkdaşının səhhətinə aydınlıq gətirib.

AzNews.az xəbər verir ki, polis əməkdaşına Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib. Xəstəxanadan verilən məlumata görə, qarın boşluğuna nüfuz edən bıçaq yaraları diaqnozu ilə xəstəxanaya çatdırılan yaralı, dərhal əməliyyat olunub. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

Hazırda reanimasiya şöbəsində müalicə alan yaralının vəziyyəti ağır stabil kimi qiymətləndirilir.

Bahar RÜSTƏMLİ

AzNews.az