Bakıda evdən 3400 manatlıq oğurluq edilib

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib

Bakıda evdən 3400 manatlıq oğurluq edilib.

Belə ki, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da rayon ərazisindəki evlərin birindən 400 manat, 3000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - H.Məmmədov və Ş.Hacıyev saxlanılıblar.

AzNews.az