Ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanıb Ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanıb

Bankirin oğlunun ölümü ilə bağlı cinayət işi başlanıb

Ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanıb

"Bank Respublika" ASC-nin Müşahidə Şurasının üzvü Emil Quliyevin oğlu Natiq Quliyevin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

AzNews.az-ın Modern.az-a istinadən məlumatına görə, fevralın 17-də paytaxtın Nərimanov rayonu, M.Araz küçəsi ev 2 ünvanında yaşayan, 2004-cü il təvəllüdlü Quliyev Emil Natiq oğlunun yaşadığı evdə vəfat etməsi faktına görə Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, E.Quliyev "Bank Respublika" ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin oğludur.