Cinayətkar zərərsizləşdirilib Cinayətkar zərərsizləşdirilib

Mingəçevirdə xüsusi əməliyyat keçirilib

Cinayətkar zərərsizləşdirilib

Mingəçevirdə xüsusi əməliyyat keçirilib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ötən gecə Mingəçevir şəhərində axtarışda olan cinayətkarın tutulması istiqamətində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı axtarışda olan şəxs hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərib.

Hüquq-mühafizə orqanları əməkdaşları silah tətbiq etmək məcburiyyətində qalıb və cinayətkar zərərsizləşdirilib. (APA)

AzNews.az