Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

Bakıda kriminal avtoriteti öldürən şəxs həbs edildi

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

Suraxanı Rayon Prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.

AzNews.az-a daxil olan məlumatda deyilir:

Xəbər verildiyi kimi, iyulun 2-si saat 23 radələrində paytaxtın Suraxanı rayon sakini, 1979-cu il təvəllüdlü Mail Mustafayevin öldürülməsi ilə əlaqədar Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanmışdı.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Aslan Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkən tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü M.Mustafayev kriminal aləmdə "Hövsanlı Mayıl", "Mayıl Naxçıvanski" kimi tanınıb.