Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub

Sumqayıtda 2 nəfər dənizdə batdı

Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub

Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

AzNews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.