Cərimə protokolları tərtib olunub Cərimə protokolları tərtib olunub

Qaydaları pozan 17 velosipedçi cərimələndi

Cərimə protokolları tərtib olunub

Ağdaş rayonunda velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reyd keçirilib.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, keçirilən reyd zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılıb. Onlarla profilaktik söhbətlər aparılıb və bu formada hərəkət etmələrinin həm özləri, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükəli olduğu bildirilib.

Reyddə qaydalara əməl etməyən 17 velosipedçi barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, cərimə protokolları tərtib olunub.