Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb

Bakı və Qusar sakinlərindən narkotik götürülüb

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini X.Vəlişov Sabunçu rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı onda 4 kiloqram 580 qram heroin və 3 qram metamfetamin aşkar edilib.

Qusar rayonunun Mucuq kənd sakini R.Babayevin yaşadığı evə baxış zamanı isə oradan 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.