Bu barədə Dövlət Komissiyasından məlumat verilib Bu barədə Dövlət Komissiyasından məlumat verilib

Üç ayda 431 kq-dan çox narkotik dövriyyədən çıxarılıb

Bu barədə Dövlət Komissiyasından məlumat verilib

2021-ci ilin I rübü ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 31 fakt aşkar edilib.

Bu barədə AzNews.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 175 kq 847,482 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 71-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 431 kq 475,208 qr narkotik vasitələr müsadirə edilib.