Xankəndidə daha 27 silah tapılıb

Fevralın 20-də Xankəndi şəhəri ərazisində 27 silah tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən gün 17 ədəd müxtəlif markalı avtomat silahı, 5 tapança, 5 tüfəng, 73 ədəd qumbara, 72 alışdırıcı, 68 ədəd patron darağı, 4821 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.