Kommersant.az saytında oktyabrın 8-də “İrşad Telecom” haqqında yayılmış xəbərdə şirkətin müştəriləri aldatması haqda məlumat yer alıb. Kommersant.az saytında oktyabrın 8-də “İrşad Telecom” haqqında yayılmış xəbərdə şirkətin müştəriləri aldatması haqda məlumat yer alıb.

“Dələduzluq növbəsi indi də “İrşad Telecom”a çatıb” - Eyyub Hüseynov

Kommersant.az saytında oktyabrın 8-də “İrşad Telecom” haqqında yayılmış xəbərdə şirkətin müştəriləri aldatması haqda məlumat yer alıb.

Məlumatda bildirilir ki, şirkətin rəsmi saytında ümumi qiyməti 819 manat olan telefonu 18 aya hər ay 45.50 manat ödəməklə, faizsiz, ilkin ödənişsiz, komissiyasız şəkildə əldə etmək haqqında kampaniya elan edilsə də, şirkət sözünü tutmur. Kampaniya ilə yerindəcə gedib tanış olmaq istəyən müştəriyə isə cavabları "Elə-belə yazmışıq" olub.

AzNews.az məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla danışıb. O, bildirib ki, belə halları sadəcə dələduzluq adlandırmaq olar.

“Əvvəllər bu dələduzluq forması ilə başqa mağazalar məşğul olurdu. İndi isə növbə "İrşad Telecom"a çatıb. İnzibati xətalar məcəlləsinə görə, alıcıları aldadan bu mağazalar 2000 manatdan başlayaraq cərimələnir. Belə hallarla rastlaşdıqları zaman istehlakçılar mütləq bizə ərizə ilə müraciət etsinlər və biz də bu halların qarşısını almağa çalışaq”.

Nigar CƏFƏR
AzNews.az