Azərbaycan nefti ucuzlaşır. Azərbaycan nefti ucuzlaşır.

Neftimiz neçəyədir?

Azərbaycan nefti ucuzlaşır.

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 17-də 80,85 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 0,84 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 17-də 80,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,84 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 17-də 77,06 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,83 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 17-də 80,5 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,5 dollar/barel azdır.(trend.az)

AzNews.az