3 milyard 928 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub 3 milyard 928 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub

Gələn il üçün pensiya və müavinətlərin büdcəsi məlum oldu

3 milyard 928 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üzrə büdcəsi üçün nəzərdə tutulan vəsaitin həcmi məlum olub.

Məlumata görə, gəlir və xərcləri əks etdirən rəqəmlər "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında" qanun layihəsində qeyd edilib.

Sənəddə qeyd edilib ki, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə büdcə gəlir və xərcləri üçün 3 milyard 928 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Xatırladaq ki, DSMF-nun 2018-ci il büdcəsinin gəlir və xərcləri 3 mlrd. 578,76 mln. manat məbləğində təsdiq edilmişdi.

Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait əsasən əhaliyə pensiya, müavinət və təqaüdlərin ödənilməsinə xərclənir. (olaylar.az)

© AzNews.az