Bank 350 milyon manat cəlb edəcəyini açıqlayıb Bank 350 milyon manat cəlb edəcəyini açıqlayıb

Depozit hərracında tələb artır – Mərkəzi Bank

Bank 350 milyon manat cəlb edəcəyini açıqlayıb

22.10.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 186,9 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Mərkəzi Bankdan AzNews.az-a verilən məlumata görə, Mərkəzi Bank 350 milyon manat cəlb edəcəyini açıqlayıb və bu məbləği də cəlb edib.

08.10.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 143,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% olub.

01.10.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 61,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.

Nigar CƏFƏR

AzNews.az