“Bu, ölkəmizin iqtisadiyyatında və maliyyə durumunda formalaşmış dayanaqlığın bariz nümunəsidir” “Bu, ölkəmizin iqtisadiyyatında və maliyyə durumunda formalaşmış dayanaqlığın bariz nümunəsidir”

Azərbaycan xarici ölkələrə nə qədər sərmayə yatırıb? - Ekspert rəqəmlər açıqladı

“Bu, ölkəmizin iqtisadiyyatında və maliyyə durumunda formalaşmış dayanaqlığın bariz nümunəsidir”

Sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov Azərbaycanın son 14 il ərzində xarici ölkələrə yatırdığı investisiyalarla bağlı maraqlı açıqlama verib.

O, qeyd edib ki, Azərbaycan həmin müddət ərzində xarici ölkələrə müxtəlif sahələr üzrə 21 milyard ABŞ dollarından çox investisiya yönəldib:

“Bu sırada Türkiyə, Gürcüstan, Rusiya, ABŞ, Yaponiya, Çin, İsveçrə, Serbiya, Monteneqro, Ukrayna kimi ölkələr ön sıradadırlar. Bu illər ərzində Azərbaycan iqtisadiyyatına 250 milyard dollar həcmində sərmayə yatırılıb ki, bunun da təxminən yarısı - yəni haradasa 125 milyard dollara qədəri xarici sərmayələrin payına düşür. Azərbaycandan xarici ölkələrə edilən yatırımların səviyyəsi ölkəmizin iqtisadiyyatında və maliyyə durumunda formalaşmış dayanaqlığın bariz nümunəsidir”.

Ədil Ədilzadə
Aznews.az