Azərbaycan pavilyonunda təqdim olunan eksponatlar və yeməklər böyük marağa səbəb olub. Azərbaycan pavilyonunda təqdim olunan eksponatlar və yeməklər böyük marağa səbəb olub.

Azərbaycan məhsulları Çində - Fotolar

Azərbaycan pavilyonunda təqdim olunan eksponatlar və yeməklər böyük marağa səbəb olub.

Cari ilin 21 Oktyabr tarixində Pekində keçirilən “Sevgi sərhəd tanımır” adlı ənənəvi xeyriyyə sərgi-yarmarkasında Azərbaycan pavilyonunda təqdim olunan eksponatlar və yeməklər böyük marağa səbəb olub.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyindən AzNews.az-a verilən məlumata görə, Çinin Xarici İşlər Nazirliyinin və Yoxsulluqla Mübarizə Fondunun təşkil etdiyi tədbir müxtəlif ölkələrin milli mədəniyyətlərinə aid suvenirlərin, mətbəx nümunələrinin, məhsul və malların satışından əldə olunan gəlirin Çində həyata keçirilən humanitar layihələrə yönəldilməsi ilə maddi dəstək məqsədi daşıyıb.

Ölkəmizin Çindəki səfirliyinin hazırladığı geniş pavilyonda Azərbaycan mədəniyyətinə aid müxtəlif eksponatlar, o cümlədən geyim nümunələri, suvenirlər, əl işləri nümayiş etdirilib. Yarmarkada Azərbaycana aid rəmzlərin əks olunduğu toxuculuq nümunələri, milli mətbəximizin təamlarından plov, dolma, kabab, kükü, manqal salatı, qutab, paxlava və şəkərbura, şərab və konyak, kompot, mürəbbə, çay satışa çıxarılıb. Pekin sakinləri Azərbaycan pavilyonunda satışa çıxarılan məhsullara, xüsusən milli mətbəximizin təamlarına və Azərbaycan narına böyük maraq nümayiş etdiriblər.

Yarmarkanı ziyarət edən Çinin müxtəlif dövlət qurumlarının vəzifəli şəxsləri Azərbaycan pavilyonuna baş çəkərək burada nümayiş etdirilən və satışa çıxarılan məhsullarla tanış olublar.

Gün ərzində 15 mindən çox insanın ziyarət etdiyi yarmarkada yığılan vəsait xeyriyyə layihələrinin icrasına dəstək üçün yaradılan fonda köçürülüb. Təşkilatçılar tədbirdə fəal iştiraka görə Azərbaycan səfirliyinə təşəkkür ediblər.

Elgün
AzNews.az

image description image description image description image description image description image description image description