Azərbaycan hökuməti 2019-cu ildə qaz hasilatını 36 mlrd. 909,2 mln. kubmetr səviyyəsində proqnozlaşdırır Azərbaycan hökuməti 2019-cu ildə qaz hasilatını 36 mlrd. 909,2 mln. kubmetr səviyyəsində proqnozlaşdırır

Gələn il Azərbaycanın qaz hasilatında böyük artım gözlənilir

Azərbaycan hökuməti 2019-cu ildə qaz hasilatını 36 mlrd. 909,2 mln. kubmetr səviyyəsində proqnozlaşdırır

Azərbaycan hökuməti 2019-cu ildə qaz hasilatını 36 mlrd. 909,2 mln. kubmetr səviyyəsində proqnozlaşdırır ki, bu da 2018-ci ilin göstəricisindən 22,2% çoxdur.

Bu barədə 2019-cu il üzrə dövlət büdcəsi zərfində bildirilir.

AzNews.az xəbər verir ki, proqnozlara görə, gələn ilin yekunları üzrə 24 mlrd. 732 mln. kubmetr əmtəə qazı hasil olunacaq ki, bu da cari ilin göstəricisindən 12,8% çoxdur.

2018-ci ilin yekunları üzrə hökumət respublikada qaz hasilatını 30 mlrd. 205 mln. kubmetr səviyyəsində proqnozlaşdırır ki, bu da 2017-ci ilin göstəricisindən 6,5% çoxdur. Cari ilin yekunları üzrə 21 mlrd. 920 mln. kubmetr əmtəə qazının (ötən illə müqayisədə artım 15,6%) hasil olunacağı gözlənilir.

2017-ci ildə Azərbaycanda 28 mlrd. 362,3 mln. kubmetr qaz, o cümlədən 18 mlrd. 959,4 mln. kubmetr əmtəə qazı hasil edilib.

Nigar CƏFƏR

AzNews.az