Ümumi daxili məhsulun 3,6 faiz səviyyəsində artacağı proqnozlaşdırılır. Ümumi daxili məhsulun 3,6 faiz səviyyəsində artacağı proqnozlaşdırılır.

Azərbaycan hökuməti iqtisadi artım üzrə proqnozları yaxşılaşdırıb

Ümumi daxili məhsulun 3,6 faiz səviyyəsində artacağı proqnozlaşdırılır.

Azərbaycan hökuməti 2019-cu ildə ümumi daxili məhsulun 3,6 faiz səviyyəsində artacağını proqnozlaşdırır.

Bu barədə “2019-cu il üçün Azərbaycanın dövlət büdcəsi haqqında” qanun layihəsində deyilir.

Daha əvvəl bu göstərici 3,1 faiz səviyyəsində proqnozlaşdırılırdı.

2020-ci ildə ÜDM-in 3,8 faiz (əvvəlki proqnoz 3,5 faiz), 2021-ci ildə 3 faiz (əvvəlki proqnoz 2,4 faiz) artımı proqnozlaşdırılır. 2018-ci il üçün proqnoz 2 faiz səviyyəsində dəyişməz qalıb.

Azərbaycan hökumətinin 2018-2022-ci illər üzrə ÜDM proqnozları:

2018

2019

2020

2021

2022

Cari proqnoz

Nominal ÜDM (milyard manatla)

70,2

81,9

87,4

93

98,9

ÜDM-in real artım tempi (%)

2

3,6

3,8

3

2,7

Əvvəlki proqnoz

Nominal ÜDM (milyard manatla)

74,65

75,4

81,25

84,97

-

ÜDM-in real artım tempi (%)

2,0

3,1

3,5

2,4

-

Qeyri-neft sektoru üzrə 2018-ci ildə 3,4 faiz, 2019-cu ildə 3,9 faiz, 2020-ci ildə 3,8 faiz, 2021-ci ildə 4,6 faiz və 2022-ci ildə 3,6 faiz artım gözlənilir.

Neft sektoru bu il gözlənilən 0,3 faiz azalmaya baxmayaraq gələcək illərdə artım nümayiş etdirəcək. Bu sektorda 2019-cu ildə 3,1 faiz, 2020-ci ildə 3,8 faiz, 2021-ci ildə 3,6 faiz və 2022-ci ildə 1,3 faiz artım proqnozlaşdırılır.(trend.az)

AzNews.az