Azərbaycanda dövlət xətti ilə ipoteka krediti alanların sayı 25 minə çatıb. Azərbaycanda dövlət xətti ilə ipoteka krediti alanların sayı 25 minə çatıb.

İpoteka krediti alanların sayı açıqlandı

Azərbaycanda dövlət xətti ilə ipoteka krediti alanların sayı 25 minə çatıb.

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) fəaliyyətdə olduğu 2006-2018-ci illər ərzində dövlət xətti ilə 1,2 mlrd. manat ipoteka krediti verilib.

Məlumata görə, bu illərdə ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 25 000-ə çatıb.

Təkcə bu ilin yanvar-noyabr aylarında İKZF-nin müvəkkil bankları 241,7 mln manatlıq 3 528 ipoteka krediti (172,46 mln. manatlıq 2 428 adi kredit, 69,24 mln. manatlıq 1 100 güzəşli kredit) verib. Halbuki, ötən ilin eyni dövründə 172,7 mln. manatlıq 2 687 kredit rəsmiləşdirilib. Yəni kreditlərin ümumi məbləğində 40%, borcalanların sayında isə 31,3% artım var.

Bu il ipoteka kreditləri vasitəsilə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin satışı da dəstəklənib. Artıq 217 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün 9,6 mln. manatlıq güzəştli və 450 min manatlıq adi kredit verilib.(report.az)

© AzNews.az