“Müttəfiq ölkələr hər ay qlobal neft bazarındakı prosesləri nəzarətdə saxlayacaq”. “Müttəfiq ölkələr hər ay qlobal neft bazarındakı prosesləri nəzarətdə saxlayacaq”.

Rusiya neft hasilatını sutkada 228 min barrel azaldacaq - nazir

“Müttəfiq ölkələr hər ay qlobal neft bazarındakı prosesləri nəzarətdə saxlayacaq”.

Rusiya gələn ildən gündəlik neft istehsalını 228 min barrel azaldacaq.

Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

“Rusiya ABŞ-dan sonra dünyanın ən böyük ikinci xam neft istehsalçısıdır. Gündəlik 11,4 milyon barrel olan istehsal səviyyəsi təxminən 2 faiz, yəni 228 min barrel azaldılacaq”, - deyə nazir qeyd edib.

A.Novak razılaşma çərçivəsində Səudiyyə Ərəbistanının sutkalıq neft istehsalı ən çox (gündəlik 500 min barrel) aşağı salan dövlət olacağını deyib və bu ölkənin böyük fədakarlıq göstərdiyini bildirib: “Müttəfiq ölkələr hər ay qlobal neft bazarındakı prosesləri nəzarətdə saxlayacaq”.

OPEC və OPEC+ üzrə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılmasına dair qərara uyğun olaraq, Rusiya və Səudiyyə Ərəbistanı 2019-cu il yanvarın 1-dən sutkalıq istehsalı təxminən 730 min barrel aşağı salacaqlar. Gələn ilin iyun ayına qədər qüvvədə olacaq bu qərar bazarın vəziyyətinə görə yenidən nəzərdən keçiriləcək. (AZƏRTAC)