Gələn il Zaqatala fındıq emalı fabriki İsveçrə bazarına məhsul ixrac etməyi planlaşdırır. Gələn il Zaqatala fındıq emalı fabriki İsveçrə bazarına məhsul ixrac etməyi planlaşdırır.

Azərbaycan gələn il yeni bazarlara fındıq ixrac edəcək

Gələn il Zaqatala fındıq emalı fabriki İsveçrə bazarına məhsul ixrac etməyi planlaşdırır.

Bu barədə müəssisədən məlumat verilib.

Məlumata əsasən, hazırda fabrikin məhsulları İtaliya və Rusiyaya ixrac olunur:

“Hazırda fındıq ixracı ildə 1,5 min ton hazır məhsul təşkil edir, gələcəkdə bu göstərici 2,8-3 min tonadək artırıla bilər”.

Bundan başqa, o da qeyd olunub ki, bu il müəssisə italiyalı tərəfdaşları ilə əməkdaşlıq qurub və gələcəkdə bu ölkəyə məhsul ixrac etməyi planlaşdırır.

Qeyd edək ki, fındıq emalı fabriki keçmiş Standartlaşdırma, Metrologiya və Patentlər üzrə Dövlət Komitəsi verilmiş uyğunluq sertifikatına malikdir.(trend.az)

© AzNews.az