Son 11 ay ərzində ölkədə qiymətlər 702 000 faiz qalxıb. Son 11 ay ərzində ölkədə qiymətlər 702 000 faiz qalxıb.

Bu ölkədə illik inflyasiya 1 300 000 faizə çatdı

Son 11 ay ərzində ölkədə qiymətlər 702 000 faiz qalxıb.

Bu il noyabrın sonlarınadək Venesuelada illik inflyasiya 1 300 000 faizə çatıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Reuters ölkə parlamentindən alıb.

Mənbə yazır ki, son 11 ay ərzində ölkədə qiymətlər 702 000 faiz qalxıb.

Ancaq inflyasiyanın sentyabr ayından başlayaraq endiyi deyilir. Misal üçün, oktyabr ayındakı 148 faiz göstərici noyabr ayında 114-ə enib.

Venesuela rəhbərliyi ölkənin iqtisadi göstəriciləri haqda ictimaiyyətə bilgi vermir. Yayılan bu informasiya Beynəlxalq Valyuta Fondunun tələbi ilə ölkə parlamenti tərəfindən verilib.

Babək Göyüş

© AzNews.az