Gələn ildən Azərbaycanda avtomobil kreditlərinə dair tələblər sərtləşir. Gələn ildən Azərbaycanda avtomobil kreditlərinə dair tələblər sərtləşir.

Avtomobil kreditlərinə dair yeni tələblər - Gələn ildən...

Gələn ildən Azərbaycanda avtomobil kreditlərinə dair tələblər sərtləşir.

Bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”da əksini tapıb.

Dekabrın 29-da qüvvəyə minən və faktiki olaraq gələn ildən tətbiq olunacaq Qaydalara əsasən kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 1 il və 1 ildən az olan, yəni təzə avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 min manatdan artıq olduqda, kreditin təminata olan nisbəti (KTN) əmsalı 60%-dən çox olmamalıdır. KTN əmsalı kreditin ümumi məbləğinin (əsas borc və kredit müqaviləsi üzrə hesablanacaq faiz borcu) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalıdır. Sadə dildə desək, əgər 2018-ci il istehsalı olan avtomobilin bazar qiyməti 40 min manatdırsa, bu halda bank bunun maksimum 60 faizi, yəni 24 min manatdan artıq kredit verə bilməz.

Kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 1 il və 1 ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 min manat və ya ondan az olduqda KTN əmsalı 50%-dən çox olmamalıdır. Məsələn, 2018-ci ildə istehsal edilmiş avtomobilin bazar qiyməti 20 min manatdırsa, bank bu halda maksimum 10 min manat kredit verə bilər.

Avtomobil nəqliyyatı vasitəsinin qiymətindən asılı olmayaraq kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 1 ildən çox olan avtomobil nəqliyyatı vasitələri üzrə KTN əmsalı 20%-dən çox olmamalıdır. Bu o deməkdir ki, 2016-cı ildə istehsal edilmiş iki avtomobildən birinin bazar qiyməti 40 min, digərinin bazar qiyməti 20 min manatdırsa, bu zaman bank müvafiq olaraq 8 min və 4 min manatdan artıq kredit verə bilməz.(bakupost.az)

© AzNews.az