- Pullu iş
- 13 Dekabr 2018 10:49
- 4 449
Minimum əmək haqqı 22 faiz qalxacaq - gələn ildən
"Varlı ölkədə yoxsul fəhlə olmamalıdır".
2019-cu ildən etibarən İspaniyada minimum əmək haqqı 22 faiz qalxacaq.
AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı İspaniyanın baş naziri Pedro Sançes yayıb.
Mənbə bildirir ki, artımdan sonra minimum əmək haqqı 736 avrodan 900 avroya qalxacaq.
"Varlı ölkədə yoxsul fəhlə olmamalıdır". Baş nazir belə deyib.
İspaniyada minumum əmək haqqı Böyük Britaniya, Almaniya və Fransadan çox aşağıdır.
Qeyd edək ki, baş nazirin təklifi hökumətin iclasında qəbul edilməlidir. Ölkə qanunvericiliyinə əsasən təklif parlament təərfindən qəbul edilmir.
Bir müddət öncə Venesuelada minumum əmək haqqı 11 dollar qaldırılıb.
Babək Göyüş
© AzNews.az