"Növbəti illər üçün planlar göstərilən qazma işlərinin nəticəsindən asılı olacaq". "Növbəti illər üçün planlar göstərilən qazma işlərinin nəticəsindən asılı olacaq".

BP Azərbaycanda yeni buruqların qazılması ilə bağlı planlarını açıqladı

"Növbəti illər üçün planlar göstərilən qazma işlərinin nəticəsindən asılı olacaq".

BP şirkəti 2019-cu ildə Azərbaycanda neft-qaz yataqlarında 4 yeni buruğun qazılmasını planlaşdırıb. Bu barədə Trend-ə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O qeyd edib ki, 2 kəşfiyyat xarakterli buruq Abşeronun dayaz sularında (SWAP layihəsi), biri – "Şəfəq-Asiman" yatağında, digəri isə "Qobustan" onşor yatağında qazılacaq.

B.Aslanbəyli bildirib ki, növbəti illər üçün planlar göstərilən qazma işlərinin nəticəsindən asılı olacaq.

İstehsalat planlarına gəldikdə isə, mənbənin dediyinə görə, "Azəri-Çıraq-Günəşli" (AÇQ) və "Şahdəniz" kimi ölkənin ən böyük yataqlarından istehsalatı bu ilki səviyyəyə (AÇQ-də sutka ərzində ortalama istehsal 588 min barrel, "Şahdəniz"də isə - 48 milyon kubometr təşkil edib) uyğun saxlanılması nəzərdə tutulub.

Qeyd edək ki, BP Azerbaijan "AÇQ", "Şahdəniz", "Shallow Water Absheron Peninsula", "Şəfəq-Asiman" və "Qobustan" yataqlarının operatorudur.

AzNews.az