Azərbaycana zinət əşyalarının idxalı kəskin şəkildə artıb. Azərbaycana zinət əşyalarının idxalı kəskin şəkildə artıb.

Azərbaycan zinət əşyalarının alışını 20 dəfə artırıb

Azərbaycana zinət əşyalarının idxalı kəskin şəkildə artıb.

2018-ci ilin yalvar-sentyabr aylarında “mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar” adlanan əmtəə qrupu üzrə idxal 20 dəfəyədək yüksəlib.

Gömrük statistikasına əsasən, bu kateqoriya üzrə ölkəyə gətirilən malların dəyəri 2016-cı ilin doqquz ayında 23.3 milyon dollar, 2017-ci ilin 9 ayında 25.5 milyon dollar, 2018-ci ildə isə 477 milyon dollar olub.

Nəticədə, əgər 2017-ci ildə idxalda bu qəbildən olan zinət əşyalarının payı cəmi 0.4% idisə, bu il 5.2%-ə çatıb.

Zinət əşyalarının artım səbəbləri ilə bağlı iqtisadçı Rövşən Ağayevin fikri belədir ki, burada Dövlət Neft Fondunun qızıl ehtiyatını artırması mühüm yer tutur. Çünki bu ilin doqquz ayında Neft Fondunun qızıl ehtiyatları 437 milyon dollar və ya 14 min ton artıb.

Bundan başqa, ehtimal da var ki, əhali əlindəki pulu banklara etibar etmədiyindən və ölkədən valyuta çıxarışı ilə bağlı məhdudiyyətlər də olduğundan pulun bir hissəsinin zinət əşyalarına çevrilərək ehtiyat kimi saxlanması tendensiyası gedir.(oxu.az)

© AzNews.az