Dünya Bankının rəhbəri vəzifəsindən gedir - Səbəbi açıqlanmır

"Bu təşkilatda işləmək mənim üçün böyük qürur idi".

Dünya bankının rəhbəri Jim Yong Kim vəzifəsindən istefa edəcəyini bildirib.

AzNews.az xəbər verir ki, Dünya Bankının saytından verilən açıqlamaya görə o, 6 ildir daşıdığı vəzifəsindən fevralın 1-də ayrılacaq.

Kim bu olayla bağlı açıqlama verib və bildirib ki, dünyada yoxsulluğu sonlandırmağa üçün çalışan insanlarla bir təşkilatda işləmək onun üçün böyük qürurdur:

"Bütün dünyada yoxsulluq, iqlim dəyişikliyi, viruslar artarkən Dünya Bankının işləri çox vacibdir. Bu şirkətin rəhbəri kimi işləmək və çətinliklərin tam ortasında bu təşkilata kömək etmək mənim üçün şərəf idi".

Kim bu vəzifədən sonra başqa bir şirkətlə inkişaf etməkdə olan ölkələrdə maliyyələrin artırılması üçün işləməyə davam edəcəyini deyib.

Qeyd edək ki, Koreya əsilli amerikalı Kim, 2012-ci ilin iyul ayında vəzifəsinə başlayıb, 2017-ci ildə isə bu vəzifəyə ikinci dəfə seçilib.

Pərvanə Ağazadə

AzNews.az