Bu barədə Energetika Nazirliyinin hesabatında qeyd olunub. Bu barədə Energetika Nazirliyinin hesabatında qeyd olunub.

Azərbaycandan Türkiyəyə qaz nəqli 15% artıb

Bu barədə Energetika Nazirliyinin hesabatında qeyd olunub.

Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə 2018-ci ildə Türkiyəyə 7,225 mlrd. kubmetr həcmində “Şahdəniz” yatağından hasil olunan qaz nəql edilib.

Bu barədə Energetika Nazirliyinin 2018-ci il üzrə fəaliyyətə dair hesabatında qeyd olunub.

Ötən il Türkiyəyə nəql olunan Azərbaycan qazının həcmi 2017-ci ilə nisbətən 924,9 mln. kubmetr və ya 14,7% çox olub.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının "Mərhələ-1" layihəsi çərçivəsində hasil olunan qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub.

“Şahdəniz” "Mərhələ-2" çərçivəsində isə Türkiyəyə qaz həcmlərinin nəqlinə 2018-ci il 30 iyun tarixində başlanıb.(report.az)

© AzNews.az