“Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 48 mln. kubmetrdir. “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 48 mln. kubmetrdir.

“Şahdəniz” yatağından qaz hasilatı 13% artıb

“Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 48 mln. kubmetrdir.

2018-ci ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton (təqribən 20,5 mln. barel) kondensat hasil edilib.

Bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə hesabatında bildirilib.

Ötən il “Şahdəniz” yatağından hasil olunan qazın həcmi 2017-ci ildən 12,7%, kondensatın həcmi isə 4,2% çoxdur.

Bildirilib ki, 2018-ci ildə həmçinin “Şahdəniz” yatağından ümumi qaz hasilatının 100 mlrd. kubmetrə çatması qeyd edilib. Bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığının və Cənubi Qafqaz Boru Kəmərinin işə düşdüyünün elan edildiyi vaxtdan tam 12 il sonra- dekabrın axırlarında əldə edilib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 48 mln. (ildə təqribən 16 mlrd.) kubmetrdir:

“2018-ci ildə “Şahdəniz” “Alfa” platformasında SDA11 quyusu qazılıb və tamamlanıb. Bundan əlavə, SDA04 və SDA05 quyularında texniki bütövlüklə bağlı bəzi qazma əməliyyatları da aparılıb.

“İstiqlal” qazma qurğusu ikisi qərb cinahda, üçü isə şərq cinahda olmaqla beş sualtı quyunu tamamlayıb. “Maersk Explorer” qurğusu SDH02A quyusunu tam dərinliyinədək qazıb.

Bu iki qurğu “Şahdəniz 2” hasilatı və sonrakı tədrici artım üçün artıq 15 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu və şərq cinahında üç quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək”.

Xatırladılıb ki, 2018-ci ilin əvvələrində Cənub Qaz Dəhlizi boyunca bütün layihələrdə əldə edilmiş bir sıra mühüm istismar sınaqları və təhvil vermə nailiyyətlərindən sonra 29 may 2018-ci il tarixində Səngəçal terminalında Cənub Qaz Dəhlizi layihəsinin rəsmi inaqurasiya mərasimi keçirilib:“Bunun ardınca 30 iyun 2018-ci ildə “Şahdəniz 2” layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə başlayıb.

İyulun 30-da yatağın şimal cinahındakı SDC03Z quyusunun ventili açılaraq “Şahdəniz” “Bravo” platformasından ilk qaz əldə olunub. Bu da ümumilikdə Xəzər dənizində sualtı quyudan çıxarılan ilk hasilat olmaqla və təhlükəsiz, büdcədən aşağı və cədvəli qabaqlayaraq həyata keçirilməklə çox mühüm bir nailiyyətdir. Hazırda “Şahdəniz” “Bravo” qurğularından qaz və kondensat Səngəçal terminalına ixrac olunmaqdadır”.(report.az)

AzNews.az