- Pullu iş
- 16 Fevral 2019 00:22
- 1 294
Azərbaycan nefti bahalaşır
URALS neftinin son qiyməti 61,89 dollar/barel təşkil edib.
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 14-də 66,16 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,31 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 65,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,31 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 61,89 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,27 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 63,9 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur.
AzNews.az