“Four Seasons Hotel Baku” otelində təqdimat mərasimi keçirilib. “Four Seasons Hotel Baku” otelində təqdimat mərasimi keçirilib.

Tikinti üçün elektron müraciət sistemi hazırlandı - sahibkarları sevindirən xəbər

“Four Seasons Hotel Baku” otelində təqdimat mərasimi keçirilib.

“Four Seasons Hotel Baku” otelində Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin verilməsi üzrə elektron müraciət sisteminin təqdimatı keçirilib.

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (ARŞAK), Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət agentliyi (APVXSİDA), Elektron Hökümətin İnkişafı Mərkəzi (EHİM) və Azərbaycan Respublikası İqtisadi Təhlil və Kommunikasiya Mərkəzinin (ARİTKM) birgə təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində sözügedən qurum rəhbərləri, dövlət və ictimai xadimlər və KİV nümayəndələri iştirak edib.

Tədbiri açılış sözü ilə başlayan ARŞAK rəhbəri Anar Quliyev mövcud məsələnin illərdir diqqət mərkəzində saxlanıldığını, bu istiqamətdə sənədləşdirmə işlərinin vətəndaşlar üçün daha da asanlaşdırılması məqsədi ilə müvafiq tədbirlər görüldüyünü qeyd edib.

O, tikinti obyektlərinin tikintisinə və istismarına icazənin verilməsi üzrə elektron müraciət sisteminin hazırlanmasının bu istiqamətdə daha da effektiv olacağına əmin olduğunu bildirib.

Daha sonra çıxış edən Elektron Hökümətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov müraciət sistemi haqqında dinləyicilərə məlumat verib.

Azərbcaycan Respublikası İqtisadi Təhlil və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı elektron müraciət sistemini iqtisadi islahatların tərkib hissəsi kimi qiymətləndirərək, bunun ölkə iqtisadiyyatı və sahibkarların daha məhsuldar fəaliyyəti istiqamətində uğurlu nəticələr doğuracağını bildirib.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud elektron müraciət sistemini iş prinsipi və fəaliyyət istiqamətləri haqqında dinləyicilərə qısa təqdimat keçirib.

Çıxışlar bitdikdən sonra dinləyicilərin sualları dinlənilib və cavablandırılıb.

Nigar CƏFƏR

AzNews.az