Kreditin müddəti 30 ildir. Kreditin müddəti 30 ildir.

Bu milyarder 61 milyonluq ipoteka götürdü

Kreditin müddəti 30 ildir.

“SpaceX” şirkətinin təsisçisi və “Tesla” şirkətinin rəhbəri İlon Mask “Morgan Stanley” bankından 61 milyon dollar məbləğində ipoteka krediti götürüb.

Bu haqda “Bloomberg” yazır.

Görünür, 21 milyard dollara yaxın (Forbes-in versiyasına görə - red.) varidatı olan biznesmenə Kaliforniyada beş evin alınması üçün kredit götürmək, öz biznes büdcəsindən pul ayırmaqdan daha asan olub.

Mask ilk ipoteka kreditini (17 milyon dollar) hələ 2012-ci ildə götürüb. Bu yaxınlarda kredit borcunu bağladıqdan sonra dörd malikanənin alınması üçün daha 50 milyon dollar ipoteka krediti götürüb.

Kreditin müddəti 30 ildir. Maskın ilk illər ərzində 3,5 (illik) faizli kredit ödəyəcəyi bildirilir.

Nəşrin yazdığına görə, ABŞ-da mövcud qanunvericiliyə əsasən Mark Zukerberq, Beyons, Cey-Zi və digər milyonçulara daşınmaz əmlakın alışı zamanı şəxsi bizneslərindən vəsaitlərin ayrılması sərf etmir, ona görə də, iri məbləğli kredit götürmək məcburiyyətində qalırlar. Banklar belə insanlara lüqotlu şərtlərlə sərfəli kreditlər təklif edir. (Oxu.az)