URALS neftinin qiyməti isə 65,92 dollar/barel təşkil edib. URALS neftinin qiyməti isə 65,92 dollar/barel təşkil edib.

Azərbaycan neftinin - SON QİYMƏTİ

URALS neftinin qiyməti isə 65,92 dollar/barel təşkil edib.

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 22-də 67,58 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 1,85 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,84 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,92 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,91 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti martın 22-də 66,31 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 1,8 dollar/barel azdır.

AzNews.az