Reytinq üzrə proqnoz sabit olaraq qalıb Reytinq üzrə proqnoz sabit olaraq qalıb

“Moody’s” Azərbaycanın reytinqini təsdiq etdi

Reytinq üzrə proqnoz sabit olaraq qalıb

“Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın emitetin uzun müddətli reytinqini və əsas qorunmayan borc üzrə reytinqini Ba2 səviyyəsində təsdiq edib.

Reytinq üzrə proqnoz sabit olaraq qalıb.

Eyni zamanda Agentlik Cənub Qaz Dəhlizi (SGC) Azərbaycan hökuməti tərəfindən dəstəklənən qorunmayan istiqrazlarının reytinqini Ba2 səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz isə sabit olaraq qalıb.

Azərbaycanın uzunmüddətli yerli valyutada istiqraz və depozit tavanı dəyişməz olaraq Ba2, xarici valyutada uzunmüddətli istiqraz reytinqi Ba2, xarici valyutada uzunmüddətli depozit tavanı isə Ba3 səviyyəsində müəyyənləşib.(report.az)

AzNews.az