Bu ölkələrin ticarət nümayəndələri razılığa gələ bilmədi

Dördgünlük danışıqlar aprelin 12-də nəticəsiz başa vurub

Yaponiya, Çin və Cənubi Koreyanın ticarət nümayəndələri bu günlərdə aparılan danışıqların nəticəsi olaraq ümumi mövqeləri müəyyən edə və azad ticarət barədə üçtərəfli razılığa nail ola bilməyiblər.

Tərəflərin rəsmi nümayəndələri Tokioda aparılan dördgünlük danışıqları aprelin 12-də nəticəsiz başa vurub.

Budəfəki danışıqlar zamanı əsas diqqət kənd təsərrüfatı və sənaye məhsullarına tariflərin ləğvi, həmçinin onlayn ticarət qaydalarının hazırlanmasına yönəlmişdi.

Üç ölkənin nümayəndələrinin sayca 15-ci olan budəfəki görüşündə azad ticarət barədə razılaşmanın müzakirəsi davam etdirilib. Məsələnin cari ilin sonunda Cənubi Koreyada keçiriləcək görüşdə davam etdirilməsi barədə razılıq əldə olunub.