Ölkənin qızıl-gümüş bazarı həftəyə bahalaşma ilə başladı

Platinin qiyməti 6,511 manat artaraq 1541,679 manat olub.

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Aprelin 22-də qızılın qiyməti aprelin 19-u ilə müqayisədə 5,9075 manat artaraq 1 unsiya üçün 2175,048 manat təşkil edib.

Gümüş 0,0649 manat bahalaşaraq 1 unsiya üçün 25,5949 manata bərabər olub.

Platinin qiyməti 6,511 manat artaraq 1541,679 manat, palladiumun qiyməti isə 5,882 manat azalaraq 2416,873 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir. (trend)

AzNews.az