500 manatdan yuxarı kompensasiya üçün kartlar sifariş etmişik 500 manatdan yuxarı kompensasiya üçün kartlar sifariş etmişik

Banklardan kompensasiyaların ödənilməsi ilə bağlı - Rəsmi açıqlama

500 manatdan yuxarı kompensasiya üçün kartlar sifariş etmişik

Aprelin 22-dən etibarən problemli kreditlərə görə vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlanılıb. Gələn ayın sonunadək verilməsi planlaşdırılan kompensasiyalarla bağlı əhalini təlimatlandırmaq üçün onlayn mediada, qəzet səhifələrində və televiziya ekranlarında mütəxəssislərin, iqtisadçıların fikir və mülahizələri yayımlanıb. Ancaq yenə də əhalinin bir qismi kompensasiyaların hansı mexanizmlə verilməsini düzgün anlaya bilmirlər.

AzNews.az mövzunu davam etdirmək üçün Bakıda fəaliyyət göstərən bir neçə bankın rəsmisi ilə əlaqə saxlayıb.

AzərTürk bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev:

Müştərilərimiz artıq yaxınlaşır və kompensasiyalarını alırlar. Hələ ki, nəğd halda 500 manata qədər olan kompensasiyalar ödənilir. Bir neçə gün içində isə kompensasiyası 500 manatdan yuxarı olan şəxslərə pullar veriləcək. Bu pullar müştərilərin kartlarına köçürüləcək, onlar da istənilən bankomatlarımızdan pullarını çıxarda biləcəklər.

Amrah Bankın kredit departamentinin direktoru Kamran Sadıxov:

Artıq dünəndən kompensasiyaların verilməsinə başlanıb. 6-cı gündən kompensasiya veriləcək müştərilərin telefonlarına mesaj göndərib müvafiq filiallara yaxınlaşmaqlarını xahiş etmişik. Müştərilərimiz 500 manata qədər olan kompensasiyalarını nəğd şəkildə əldə edirlər, 500 manatdan yuxarı kompensasiya üçün isə kartlar sifariş etmişik. Yəqin ki, bir-iki gün içində 500 manatdan yuxarı kompensasiyaların da verilməsinə başlayacağıq.

Beynəlxalq Bankın məlumat mərkəzinin əməkdaşı Ayla Aslanlı:

Image result for Beynəlxalq Bank

Kompensasiyaların ödənişinə başlamışıq. Müştərilərin telefon nömrələrinə mesaj yollayaraq kompensasiyalarını almaq üçün filiallara dəvət edirik. 500 manata qədər olan kompensasiyalar nəğd, 500 manatdan yuxarı olan kompensasiyalar isə kartlarla ödənir.

Yapı Kredi Azərbaycan bankının Marketinq departamentinin direktoru Məhəmməd Məmmədov:

Ayın 23-dən kompensasiyaların ödənişinə başlamışıq. Kompensasiyalar Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) müəyyən etdiyi şərtlər əsasında ödənir. Müştərilər dünəndən yaxınlaşaraq pullarını əldə edirlər.

Expressbank-ın mətbuat xidməti:

Image result for Expressbank

Expressbank bu gündən fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsinə başlayıb. Kompensasiyalar iki şəkildə ödənilir.

Əgər verilən kompensasiyanın məbləği 500 AZN-dən azdırsa, şəxsiyyət vəsiqəsi ilə bankın istənilən filialına yaxınlaşaraq ödənişi nağd və ya karta əldə edə bilər. Bu müştərinin istəyinə əsasən reallaşdırılır.

Əgər kompensasiyanın məbləği 500 AZN-dən yuxarıdırsa, ödəniş müştərinin kart hesabına köçürülür. Müştərinin kartı olmadığı təqdirdə tərəfimizdən ona pulsuz bank kartı açılır. Kart hazır olan kimi məbləğlə birlikdə müştəriyə verilir. Müştəri həmin məbləği istədiyi zaman nağdlaşdıra bilər.

Hər iki ödəniş Expressbank tərəfindən bu gündən reallaşdırılır.

Artıq filiallara müraciət edən və kompensasiya ödənişlərini alan müştərilər var.

Nigar CƏFƏR

AzNews.az