- Pullu iş
- 15 May 2019 13:58
- 1 230
Azərbaycandan Gürcüstana pul köçürmələri artıb
Ötən ay Azərbaycandan Gürcüstana 1,75 mln. dollar pul köçürülüb
Bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.
Aylıq müqayisədə Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin həcmi 6,7% artıb.
Aprel ayında Gürcüstandan Azərbaycana isə 1,14 mln. dollar köçürülüb ki, bu da aylıq müqayisədə 26,7% çoxdur.
Ötən ay qonşu ölkəyə xarici ölkələrdən, ümumilikdə, 137,1 mln. dollar pul daxil olub. Bu göstərici illik müqayisədə 12,6 mln. dollar və ya 10,1% çoxdur.(report.az)
AzNews.az