Əhalinin hər nəfərinə düşən ÜDM 2 411,8 manata bərabər olub Əhalinin hər nəfərinə düşən ÜDM 2 411,8 manata bərabər olub

Azərbaycan iqtisadiyyatı 2,1% böyüyüb

Əhalinin hər nəfərinə düşən ÜDM 2 411,8 manata bərabər olub

Bu ilin yanvar-aprel aylarında ölkədə 23 813,4 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1% çox ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, ÜDM istehsalının 46,5%-i sənayenin, 9,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9%-i tikintinin, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 14,6%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 411,8 manata bərabər olub.

AzNews.az