Aleksandr Novak Peterburq Beynəlxalq İqtisadiyyat sərgisində çıxış edib Aleksandr Novak Peterburq Beynəlxalq İqtisadiyyat sərgisində çıxış edib

Neft tələbatındakı artım bu il gündəlik 1 milyon barrelə enə bilər - Rusiyalı nazir

Aleksandr Novak Peterburq Beynəlxalq İqtisadiyyat sərgisində çıxış edib

“ABŞ-la Çin arasında baş verən ticarət müharibəsinə görə neft tələbatındakı artım bu il gündəlik 1 milyon barrelə enə bilər. Bu, ciddi bir siqnaldır”.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak Peterburq Beynəlxalq İqtisadiyyat sərgisində çıxış edərkən deyib.

Novak Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə bəzi ölkələrin bu ayın sonuna qədər toplanmasının gözləndiyini xatırladıb:

“Son məsləhətlərimiz nəticəsində neft siyasətimizin müəyyənləşəcəyi bu iclasın 2-4 iyulda Vyanada keçirilməsi barədə razılaşmaq üzrəyik” .

Novak OPEC-lə edilən ortaqlıq nəticəsində bazarın tarazlandığını vurğulayıb:

“Ancaq ticarət müharibələri ilə bağlı hər gün yeni xəbərlər eşidirik. Bu da bazarda narahatlıq yaradır. Təxminlərə görə, neft tələbatındakı artım bu il gündəlik 1.3 - 1.4 milyon barrel olmalıdır".

Pərvanə Ağazadə

AzNews.az