Kompleks 22-si doqquzmərtəbəli və 18-i onikimərtəbəli olmaqla 40 yaşayış binasından ibarət olacaq Kompleks 22-si doqquzmərtəbəli və 18-i onikimərtəbəli olmaqla 40 yaşayış binasından ibarət olacaq

827 mənzil ilin sonunadək satışa çıxarılacaq - Yasamal Yaşayış Kompleksində

Kompleks 22-si doqquzmərtəbəli və 18-i onikimərtəbəli olmaqla 40 yaşayış binasından ibarət olacaq

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal rayonu ərazisində reallaşdırılan layihələrinin - Yasamal Yaşayış Kompleksinin (11,6 hektar) və 15,4 hektar torpaq sahəsində inşa olunan yaşayış kompleksinin hazırkı vəziyyəti ilə bağlı videoçarx hazırlanıb.

MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, hazırda Yasamal Yaşayış Kompleksinin (15,4 hektar) tikintisi sürətlə davam etdirilir.

Kompleks 22-si doqquzmərtəbəli və 18-i onikimərtəbəli olmaqla 40 yaşayış binasından ibarət olacaq. Kompleksdə agentliyin sərəncamında olan 1458 mənzil “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılacaq və güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq.

Yasamal Yaşayış Kompleksində (11,6 hektar) qalan 827 mənzil isə bu ilin sonunadək satışa çıxarılacaq.