Minimum əmək haqqının artırılması ilə bağlı bütöv bir komanda işləyir, onlar bütün bu amilləri nəzərə alırlar Minimum əmək haqqının artırılması ilə bağlı bütöv bir komanda işləyir, onlar bütün bu amilləri nəzərə alırlar

Maaşların artımı inflyasiyaya səbəb ola bilərmi? - Açıqlama

Minimum əmək haqqının artırılması ilə bağlı bütöv bir komanda işləyir, onlar bütün bu amilləri nəzərə alırlar

Prezident İlham Əliyevin minimum əmək haqlarının artırılması ilə bağlı sərəncamından sonra müzakirə olunan məsələlərdən biri də bunun özəl sektora təsiri ilə bağlı oldu.

Tanınmış iş adamı, “Xəmsə-M” MMC-nin rəhbəri Mürvət Həsənli mövzu ilə bağlı AzNews.az-ın suallarını cavablandırdı.

- Prezidentin təqdim etdiyi yeni sosial paket çərçivəsində maaşların artımı inflyasiyaya səbəb ola bilərmi?

- İnflyasiyanın olması üçün ölkədə dollara tələbat artmalıdır, devalvasiya olmalıdır. Azərbaycanın ixracat potensialı son dövrlər ciddi sürətdə artıb. Müxtəlif sahələrdən satışlar həyata keçirilir. Ölkəyə valyuta axını var. Minimum əmək haqqının artırılması ilə bağlı bütöv bir komanda işləyir. Onlar bütün bu amilləri nəzərə alırlar. Ona görə də inflyasiyanın baş verəcəyini düşünmürəm.

- Şirkətinizdə "əhalinin alıcılıq qabiliyyəti artıb, qiymətləri artıraq" kimi təkliflər müzakirə olunurmu?

- İstənilən halda bazarı tələb-təklif tənzimləyir. Tələbat varsa, həmin malın qiymətində bir az artım ola bilər. Amma bu gün hansı ərzaq məhsulllarına tələbat artıb ki, qiymət də artsın? Rəhbərlik etdiyim şirkətin fəaliyyət sahəsinə uyğun bir müqayisə edim: keçən il bu vaxtlar toyuq ətinin qiyməti 4.20 manat idisə, bu günlərdə 2.70 manatdır. Bir qutu yumurta 54 manat idi, bu il 18-22 manat arasında dəyişir.

- Minimum əmək haqqının artırılması ixtisarlara səbəb ola bilərmi?

- Vergi sahəsində aparılan son islahatlardan sonra buna ehtiyac olmadığını düşünürəm. Çünki müvafiq qərarlar bu sahədə şəffaflığın yaranmasına gətirib çıxarıb. Əgər işəgötürmə prosesi qanunauyğun həyata keçirilirsə, bütün prosedurlar lazımi formada baş tutursa, heç bir problem olmur. Yəni, sən şəffaf işləyirsənsə, vergi səni narahat etmir. Ona görə də işçi ixtisarı üçün bir səbəb olduğunu düşünmürəm. Əksinə, tələbat varsa, işçi ixtisarı ola bilməz. Məsələn, keçən il şirkətimizin 39 nəfər işçisi var idi, bu il təxminən bu rəqəm 118 nəfər olub.

Xəyalə

AzNews.az