ÜDM 2022-23-cü illərdə 1,8 faiz səviyyəsində qərarlaşacaq ÜDM 2022-23-cü illərdə 1,8 faiz səviyyəsində qərarlaşacaq

Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni proqnoz – 2024-cü ilin rəqəmləri

ÜDM 2022-23-cü illərdə 1,8 faiz səviyyəsində qərarlaşacaq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hazırladığı proqnozlara əsasən, bu meyllərin 2020-ci il və orta müddətli dövrdə də davam etməsi gözlənilir.

Belə ki, 2020-ci ildə ölkədə ÜDM-in real iqtisadi artımı 2,4 faiz olmaqla 82,7 milyard manat, o cümlədən qeyri-neft ÜDMin artımı 3,3 faiz olmaqla 54,2 milyard manat təşkil edəcək.

Proqnoza əsasən ölkədə ÜDM ortamüddətli dövrdə orta hesabla 3,0 faiz real artımla 2023-cü ildə 96,9 milyard manata qədər artacaq.

Qeyd edək ki, ÜDM deflyatoru növbəti iki ildə 3,0 faizə qədər artsa da, 2022-23-cü illərdə 1,8 faiz səviyyəsində qərarlaşacaq.

2020-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun 4,8 mlrd. manatı və ya 5,8 faizi kənd, meşə və balıqçılıq təsərrüfatının, 31,5 mlrd. manatı və ya 38,0 faizi sənayenin, 6,5 mlrd. manatı və ya 7,8 faizi tikintinin, 32,7 mlrd. manatı və ya 39,5 faizi xidmətlərin istehsalının, 7,3 mlrd. manatı və ya 8,8 faizi məhsula və idxala xalis vergilərin payına düşəcək. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalının 8,5 faiz artacağı proqnozlaşdırıldığı halda, neft sektorunda isə 0,9 faiz artım gözlənilir. Proqnozlardan göründüyü kimi ortamüddətli dövr üzrə ÜDM-nin sahə strukturunda ən yüksək real artım turistlərin yerləşdirilməsi və ictimai iaşə və informasiya və rabitə sektorları üzrə müşahidə edilir.

Qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi növbəti illərdə də əsas iqtisadi prioritetlərdən biri olmağa davam edəcək. Ortamüddətli dövrdə ÜDM-nin tərkibində qeyri-neft sektorunun payının 65,8 faizə, neft sektorunun payının isə 34,2 faizə bərabər olacağı proqnozlaşdırılır.

AzNews.az

image description image description