Dövlət Gömrük Komitəsi məlumat verdi Dövlət Gömrük Komitəsi məlumat verdi

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu azalıb

Dövlət Gömrük Komitəsi məlumat verdi

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 22 901,835 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.

AzNews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.

Xarici ticarət dövriyyəsinin 59%-i və yaxud 13 519,907 milyon dolları ixracın, 41%-i və yaxud 9 381,929 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixracın dəyəri 5% və yaxud 639,963 milyon dollar, idxalın dəyəri isə 36,7% və yaxud 2 518,477 milyon dollar artıb.

Son nəticədə xarici ticarət dövriyyəsində 1 878,514 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 31,2% azdır.

AzNews.az