Tədris Mərkəzinin strukturu açıqlandı Tədris Mərkəzinin strukturu açıqlandı

Nazirlər Kabineti Vergilər Nazirliyi ilə bağlı qərarında dəyişiklik edib

Tədris Mərkəzinin strukturu açıqlandı

Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu dəyişib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” qərarında dəyişiklik edib.

Beləliklə, Vergilər Nazirliyinin Tədris Mərkəzinin yeni strukturuna İqtisadiyyat və idarəetmənin tədrisi, Vergi inzibatçılığının tədrisi, Vergi qanunvericiliyinin tədrisi, Elm, innovasiya və əməkdaşlıq, Maliyyə, təminat və mühasibat uçotu və Tədris və metodika şöbələri, Layihələrlə iş və inkişaf və Keyfiyyət təminatı bölmələri daxil olacaq.

Qeyd edək ki, indiyə qədər Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturuna rəhbərlik, İqtisadiyyat və menecment, Vergi metodologiyası və Vergi qanunvericiliyi və təsərrüfat hüquqi kafedraları, Elmi tədqiqat bölməsi, Tədris və metodika şöbəsi, Maliyyə və təsərrüfat şöbəsi və Mühasibat daxil olub.

1. “İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsi.

2. Vergi inzibatçılığının tədrisi şöbəsi.

3. Vergi qanunvericiliyinin tədrisi şöbəsi.

4. Elm, innovasiya və əməkdaşlıq şöbəsi.

5. Maliyyə, təminat və mühasibat uçotu şöbəsi.

6. Tədris və metodika şöbəsi.

7. Layihələrlə iş və inkişaf bölməsi.

8. Keyfiyyət təminatı bölməsi.

İndiyədək isə struktur belə idi:

1.İqtisadiyyat və menecment kafedrası

2.Vergi metodologiyası kafedrası

3.Vergi qanunvericiliyi və təsərrüfat hüquqi kafedrası

4.Elmi tədqiqat bölməsi

5.Tədris və metodika şöbəsi

6.Maliyyə və təsərrüfat şöbəsi

7.Mühasibat

AzNews.az