Qalib gələn şəxsin adı dekabrın 20-si saat 10:00-da elan olunacaq Qalib gələn şəxsin adı dekabrın 20-si saat 10:00-da elan olunacaq

“Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla

Qalib gələn şəxsin adı dekabrın 20-si saat 10:00-da elan olunacaq

Səyahətsevərlər üçün sərfəli rominq təklifləri ilə seçilən “Nar” Yeni il ərəfəsində abunəçilərinin bayram ab-havasına xüsusi rəng qatmaq üçün maraqlı müsabiqə elan edib.

Belə ki, mobil operatorun rəsmi “Instagram” səhifəsində dekabrın 19-dək davam edəcək müsabiqədə qalib gələn istifadəçi Yeni ili Moskvada qarşılamaq imkanı qazanacaq.

Müsabiqəyə qoşulmaq üçün “Nar”ın “Instagram” səhifəsinin hekayə bölməsində paylaşılan 5 suala düzgün cavab vermək lazımdır.

Qalib bütün suallara düzgün cavab vermiş istifadəçilər arasından təsadüfi üsulla seçiləcək. Birinci yerin sahibi olan “Nar” abunəçisi dekabrın 31-dən yanvarın 6-dək davam edəcək səyahəti zamanı həm Moskvanın əsrarəngiz gözəlliyindən zövq alacaq, həm də keyfiyyətli rominq xidmətindən yararlanacaq.

Qeyd edək ki, qalib gələn şəxsin adı dekabrın 20-si saat 10:00-da elan olunacaq.

AzNews.az