Bu barədə Statistika Komitəsi məlumat yayıb Bu barədə Statistika Komitəsi məlumat yayıb

Naxçıvanda ÜDM artıb

Bu barədə Statistika Komitəsi məlumat yayıb

Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin yanvar ayında 173,72 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Bu barədə AzNews.az Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 376,4 manat olub.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 93,7 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur.